Yeni baş məşqçi keçmiş futbolçusunu sərəncamında görmək istəyir

11 İyun 01:40 İtaliya 625
Yeni baş məşqçi keçmiş futbolçusunu sərəncamında görmək istəyir

“Union Berlin”in müdafiəçisi Robin Qosens karyerasını “Roma”da davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun transferində şəxsən İtaliya klubunun yeni baş məşqçisi Can Pyero Qasperini maraqlıdır.

Onlar əvvəllər “Atalanta”da birlikdə çalışıblar.

Qosens 2024/2025 mövsümündə icarə əsasında “Fiorentina”da çıxış edib. 30 yaşlı müdafiəçi 41 matçda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti