Hakim etdiyi səhvi anladı, ağladı, məşhur hücumçu təsəlli verdi

19 Yanvar 2022 10:20 İtaliya 1 173
Hakim etdiyi səhvi anladı, ağladı, məşhur hücumçu təsəlli verdi

A seriyasının 22-ci turunda keçirilən “Milan” – “Spetsiya” qarşılaşmasının baş hakimi Marko Serra oyundan sonra göz yaşlarını saxlaya bilməyib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində, hesab 1:1 olarkən “Milan” qol vurub.

Amma hakim Juniorun zərbəsindən əvvəl fit çalaraq Rebiçə görə qayda pozuntusu qeydə alıb. Onun bu qərarı “Milan”lıarın narazılığına səbəb olub.

Çünki hakim oyunu dayandırmaya da bilərdi. Bundan dərhal sonra isə “Spetsiya” 2-ci qolu vuraraq qələbə qazanıb.

Böyük səhvə yol verdiyini anlayan hakim oyundan sonra paltardəyişmə otağına gedən tuneldə ağlayıb. Maraqlıdır ki, “Milan”ın bir neçə futbolçusu, o cümlədən, Zlatan İbrahimoviç ona dəstək olub.

Hakimin ən azı 2 oyunluq cəzalanacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!