"Yuventus" qələbəni əldən verdi, "İnter" Superkubokun sahibi oldu - VİDEO

13 Yanvar 2022 10:00 İtaliya 538
"Yuventus" qələbəni əldən verdi, "İnter" Superkubokun sahibi oldu - VİDEO

İtaliya Superkubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, həlledici matçda son çempion “İnter”lə ölkə kubokunun qalibi “Yuventus” üz-üzə gəlib.

Əsas vaxt 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 qol vuran "İnter" 2:1 hesabı ilə qalib gələrək fəxri mükafatın sahibi olub.

"İnter" tarixində 6-cı dəfə Superkuboku qazanıb.

"İnter" – "Yuventus" 2:1
Qollar:
Martines, 35, Sançes, 120 – Makkenni, 25

Digər Xəbərlər
Xəbər Lenti