“Milan”ın sabiq hücumçusu A Seriyasına qayıtdı

9 Yanvar 2022 22:00 İtaliya 552
“Milan”ın sabiq hücumçusu A Seriyasına qayıtdı

“Fiorentina” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Florensiya təmsilçisi Almaniyanın “Herta” klubunun polşalı hücumçusu Kşiştof Pyonteki icarəyə götürüb.

Bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu satınalma şərti ilə bu mövsümün sonuna qədər icarəyə götürülüb. O, yeni komandasında “19” nömrəli formanı geyinəcək.

Pyontek ötən ilin əvvəlində 24 milyon avro qarşılığında “Milan”dan “Herta”ya transfer olunmuşdu. O, bu mövsüm Bundesliqa təmsilçisində meydana çıxdığı 9 oyunda cəmi 1 qol vura bilib.

Digər Xəbərlər
Xəbər Lenti