Premyer Liqadan ayrılan yarımmüdafiəçi İtaliya klubunda

13 İyun 2025 00:10 İtaliya 1 062
Premyer Liqadan ayrılan yarımmüdafiəçi İtaliya klubunda

“Napoli” Kevin De Brüynenin transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi İtaliya təmsilçisinə azad agent statusunda keçib. Klub imzalanan müqavilə müddətini hələ açıqlamayıb.

Kevin De Brüyne başa çatan mövsümdə “Mançester Siti” ilə 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti