"Yuventus" Məhəmmədi transfer etdi - 4 illik müqavilə

1 Sentyabr 2021 00:14 İtaliya 1 001
"Yuventus" Məhəmmədi transfer etdi - 4 illik müqavilə

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi PSV-nin yarımmüdafiəçisi Məhəmməd Amine İhattareni rənglərinə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

PSV-nin yetirməsidi. O, son mövsümdə Niderland təmsilçisinin heyətində meydana çıxdığı 29 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti