“Ronaldo ilə danışdım, "Yuventus"da qalmaq niyyətində olmadığını bildirdi”

28 Avqust 2021 00:28 İtaliya 750
“Ronaldo ilə danışdım, "Yuventus"da qalmaq niyyətində olmadığını bildirdi”

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo "Yuventus"u tərk etmək istəyir.

bu barədə Turin komandasının baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

"Mən dünən Kriştianu ilə danışdım. O, "Yuventus"da qalmaq niyyətində olmadığını bildirdi. Ronaldo bu gün səhər məşqində iştirak etməyib", - deyə Alleqri vurğulayıb.

Daha əvvəl İngiltərənin "Mançester Siti" klubunun Kriştianu Ronalduya 2 mövsümlük müqavilə qarşılığında illik 15 milyon avro maaş təklif etdiyinə dair xəbərlər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti