Ronaldonun bacısı aləmi bir-birinə qatdı: "Qarət başladı" - FOTO

24 Avqust 2021 10:20 İtaliya 652
Ronaldonun bacısı aləmi bir-birinə qatdı: "Qarət başladı" - FOTO

“Yuventus” A Seriyasının ilk turunda “Udineze” ilə heç-heçə edib – 2:2.

Sportinfo.az xəbər verir ki, bu qarşılaşmada “Yuve”nin hücumçusu Kriştiano Ronaldonun vurduğu qolu hakimlər qeydə almayıblar.

Qarşılaşmanın hakimi VAR sisteminə baxdıqdan sonra oyundankənar vəziyyət olduğu qənaətinə gəlib.

Ronaldonun bacısı Elma Aveyru sosial şəbəkədə buna münasibət bildirib:

“Əgər orda mənim çiynim olsaydı, oyundankənar olmazdı. Görünür, daha kiçik ölçüdə forma geyinməyə ehtiyac var. Qarət başladı”.

news_image
Digər Xəbərlər
Xəbər Lenti