Braziliyalı hücumçu rəsmən “Yuventus”da - 5 illik müqavilə

21 Avqust 2021 12:20 İtaliya 870
Braziliyalı hücumçu rəsmən “Yuventus”da - 5 illik müqavilə

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi Braziliyanın “Santos” klubunun 19 yaşlı hücumçusu Kayo Jorjeni transfer edib.

"Santos”la müqaviləsinin başa çatmasına 6 ay qalmış transfer olunan forvardla 5 illik müqavilə imzalanıb. Kayo yeni komandasında “21” nömrəli formanı geyinəcək.

Kayo Jorje “Santos”un öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO