"Mənə xəyanət etdilər, böyük pulları istəmədim - Gəldim, heç kim yox idi"

21 Avqust 2021 01:52 İtaliya 1 188
"Mənə xəyanət etdilər, böyük pulları istəmədim - Gəldim, heç kim yox idi"

“Kalyari”dən ayrılan Raca Nainqqolan açıqlama verib.

Sportinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi İtaliya klubunun rəhbərliyinin ona xəyanət etdiyini deyib:

“Mənim üçün əsas seçim “Kalyari” idi. Karyeramı orda davam etdirmək üçün böyük pullardan imtina etmişdim. Kluba gəldim, ancaq heç kim yox idi.

Mənə xəyanət etdilər. Çox məyus oldum. Bu klub üçün çox təklifləri rədd etdim. Təəssüf ki, futbolda insanlar çox tez unudulur”.

Nainqqolan Belçikanın “Antverpen” klubuna keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti