“Şalke”nin futbolçusu Ozan Kabak karyerasını A seriyasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, Türkiyə yığmasının üzvü ilə “Roma” maraqlanır.
“Roma”nın müdafiəçisi Kris smollinq zədələnib.
Klub rəhbərliyi onun yerini tutacaq ən ideal namizəd kimi Ozan Kabakı görür. Məlumata görə, artıq tərəflər arasında danışıqlar başlayıb.
Ozan ötən mövsümün ikinci yarısını icarə əsasında “Liverpul”da keçirib.

