"Çətinliklərlə mübarizə apardıq və heç vaxt təslim olmadıq"

14 Avqust 2021 01:24 İtaliya 1 009
"Çətinliklərlə mübarizə apardıq və heç vaxt təslim olmadıq"

İtaliya yığmasının futbolçusu Leonardo Spinatsola kitab yazmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Leonardonun yazmaq istədiyi kitab şəxsi həyatı barədə olmayacaq.

O, Avropa çempionatındakı qələbə barədə yazmağı planlaşdırır:

“Bu, bizim üçün ən ağır imtahan idi. Biz çətinliklərlə mübarizə apardıq və heç vaxt təslim olmadıq. Bu kitab mənim şəxsi həyatım, karyeram haqda yox, Avropa çempionatı barədə olacaq.

Kitabda həmin inanılmaz günlərimizi təsvir etmək niyyətindəyəm. Böyük ehtimalla, kitab sentyabrın sonu, oktyabrın əvvəlində çap olunacaq”.

Avropa çempionatında zədələnən Spinatsola 6-7 ay meydandan kənar qalacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti