Razılaşıblar, yeni müqavilə bağlanacaq

12 Avqust 2021 18:40 İtaliya 634
Razılaşıblar, yeni müqavilə bağlanacaq

Böyük ehtimalla, Paulo Dibala “Yuventus”la yeni müqavilə bağlayacaq.

Sportinfo.az xəbər verir ki, klubla aparılan danışıqlarda irəliləyiş əldə edilib.

Yaxın bir neçə gün ərzində bəzi şərtlərdə də anlaşma əldə olunarsa, yeni müqavilənin bağlanması üçün problem qalmayacaq.

Dibala hazırda “Yuve”də ildə 7 milyon avro məvacib alır. Məlumata görə, yeni müqavilədə onun məvacibi artırılacaq.

Argentinalı futbolçunun illik məvacibinin 8-9 milyon avro arası olacağı gözlənilir.

Dibala “Yuve”də 2015-ci ildən çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti