“İnter”in azarkeşləri Romelu Lukakunun satılmasını istəmirlər.
Sportinfo.az xəbər verir ki, azarkeşlər etirazlarını bildirmək üçün klubun ofisinin qarşısında aksiya keçiriblər.
Onlar ofisin önündə böyük banner də açıblar. Bannerdə belə yazılıb: “Vaxt bitdi”.
Fanartlar klubun formasını da ofisin qarşısında qoyaraq gediblər. O da bildirilir ki, Lukakunun satılması variantı klub rəsmiləri arasında da qarşıdurma yaradıb.
İtaliya mətbuatı iddia edir ki, belçikalı hücumçu satılacağı təqdirdə, Cüzeppe Marotta ilə Pero Auzilio istefaya gedə bilərlər.
Lukakunu “Çelsi” transfer etmək niyyətindədir.

