"Yuventus" Ronaldo ilə yolları ayırır?

3 Avqust 2021 21:40 İtaliya 911
"Yuventus" Ronaldo ilə yolları ayırır?

Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldo "Yuventus"dan ayrılır.

Sportinfo.az xəbər verir ki, AS nəşri 36 yaşlı hücumçunun yeni klubunun adını yazıb.

İddiaya görə, "Yuventus"un yeni mövsüm üçün hazırlıqlarına qoşulmayan Ronaldo yenidən sabiq komandası "Real Madrid"ə qayıdacaq.

Futbolçunun 6 aydır Madrid təmsilçisi ilə danışıqlar apardığı bildirilir. Yüksək ödənişdən yaxasını qurtarmaq istəyən "Yuventus"un da bu gedişə qarşı çıxmayacağı bildirilir.

Kriştiano Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"in şərəfini qoruyub. İspaniya klubunda çempion ola bilməməkdən narazı olan ulduz futbolçu 2018-ci ildə A Seriyası təmsilçisi ilə anlaşıb. İtaliya klubunda 97 oyun keçirən Ronaldunu 81 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti