“Roma” ilə 5 illik anlaşan özbək Eldor: “Sübut edəcəm ki...”

3 Avqust 2021 15:40 İtaliya 685
“Roma” ilə 5 illik anlaşan özbək Eldor: “Sübut edəcəm ki...”

Özbəkisstanlı hücumçu Eldor Şomurodov “Roma”ya keçidi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Eldor “Roma” ilə 5 illik müqavilə bağlayıb.

O, dünyanın ən güclü klublarından birinə keçdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib:

“Roma”ya keçid karyeramda olduqca böyük addımdır. Bütün qüvvəmi sərf edəcə ki, buna layiq olduğumu sübut edim.

Dünyanın ən güclü klublarından birinə keçdiyim üçün xoşbəxtəm. Belə bir klubda nəyə qadir olduğumu göstərmək istəyirəm.

Bu keçidin sürətlə həll olunması da mənim hansı istəkdə olduğumun göstəricisidir. Komanda yoldaşlarımla, məşqçilər heyəti ilə görüşü səbirsizliklə gözləyirəm”.

Eldor “Roma”ya “Cenoa”dan transfer olunub. “Cenoa”ya isə ötən il “Rostov”dan gedib. Transferin məbləği 7,5 milyon avro olub.

Digər Xəbərlər
Xəbər Lenti