Ronaldo "Yuventus"u bu iki klubdan birinə dəyişmək istəyir

3 Avqust 2021 00:00 İtaliya 2 277
Ronaldo "Yuventus"u bu iki klubdan birinə dəyişmək istəyir

Kriştianu Ronaldo "Yuventus"dan ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu üçün prioritet variantlar "Real” və PSJ-dir.

Ancaq transfer Paris təmsilçisinin Kilian Mbappeni "kral klubu"na satıb-satmayacağından asılıdır.

İspaniya nəhəngi Mbappeni ala bilməsə, hücum xəttini Ronaldo ilə gücləndirmək ehtimalını nəzərdən keçirəcək.

Kriştianu 2018-ci ildə "Real”dan 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"