Daha bir klub “öldü” - Pulu çatmadı, həvəskar çemionata göndərildi

27 İyul 2021 18:40 İtaliya 731
Daha bir klub “öldü” - Pulu çatmadı, həvəskar çemionata göndərildi

“Kyevo” peşəkar statusdan məhrum edilib.

Sportinfo.az xəbər verir ki, “Kyevo” məhkəmənin qərarı ilə bankrot elan edilib.

Klub B seriyasının iştirakçıları arasından çıxarılıb. İtaliya Milli Olimpiya Komitəsi klubun çempionatda iştirakına dair müraciətini rədd edib.

Bu, "Kyevo"nun vergi orqanlarına borcları ilə əlaqədardır.

İtaliya Futbol Federasiyasının lisenziyalaşdırma komissiyası komandanın B Seriyasından kənarlaşdırıldığını təsdiqləyib.

Onların D Seriyasında iştirak məqsədi ilə lazımi sənədləri təqdim etdikləri bildirilib.

“Kyevo”nu bi divizonda “Kozentsa” əvəz edəcək. “Kyevo” isə həvəskar komandaların iştirak etdiyi D divizionunda çıxış etməli olacaq.

“Kyevo” 1929-cu ildə yaradılıb. Klubun ən böyük uğuru B divizionunda qalibiyyətdir. Bu komanda A seriyasında heç vaxt mükafatçılar sırasına düşməyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!