Ronaldo razılaşmadı

27 İyul 2021 15:40 İtaliya 2 610
Ronaldo razılaşmadı

“Yuventus” Kriştiano Ronaldo ilə müqaviləni uzatmayacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb portuqaliyalı hücumçunun çox məvacib tələb etməsi olub.

Ronaldonun müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Tərəflər müqaviləni daha bir illik uzatmaq üçün danışıqlara başlamışdılar. “Yuve” rəhbərliyi ümid edirdi ki, Kriştiano məvacibin azaldılmasına razılıq verəcək.

Onun illik məvacibi 31 milyon avrodur. “Yuve” rəsmiləri bu məbləğin 20 milyona qədər azaldılacağına cəhd göstərsələr də, Ronaldo razılaşmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda