“Yuventus” türkə görə 30 milyon avronu rədd etdi

26 İyul 2021 01:52 İtaliya 1 336
“Yuventus” türkə görə 30 milyon avronu rədd etdi

"Atalanta” türkiyəli müdafiəçi Merih Demiralı transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Berqamo təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün klubu “Yuventus”la danışıqlara başlayıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Atalanta” Merih üçün bonuslarla birlikdə 30 milyon avro təklif edib.

“Yuventus” bu təklifi rədd edib. “Qoca sinyora” Demiralı 35-40 milyon avroya satmağa razıdır. Tərəflər arasında danışıqlar davam edir.

Türkiyə milli komandasının da üzvü olan Demiralın “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti