“İnter” VİDALaşmaq istəyir

19 İyul 2021 01:52 İtaliya 484
“İnter” VİDALaşmaq istəyir

“İnter” Arturo Vidalla vidalaşmaq istəyir.

Sportinfo.az xəbər verir ki, Milan klubu çilili yarımmüdafiəçinin transferindən pul qazanmağı düşünmür.

“İnter”in hətta illik qazancı 7 milyon avro olan Vidalın hansısa kluba keçəcəyi halda, onun məvacibinin bir hissəsini ödəmək istədiyi də iddia olunur.

Bir sözlə, “neradzurra” 34 yaşlı futbolçudan qurtulmaq niyyətindədir.

Vidal “İnter”ə 2020-ci ildə “Barselona”dan transfer olunmuşdu və iki illik müqavilə imzalamışdı.

Çilili futbolçu “İnter”dən əvvəl “Yuventus”, “Bavariya”, “Barselona” kimi klublarda forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti