Məşhur qapıçıdan maraqlı qərar: Daha 4-5 il…

19 İyul 2021 00:28 İtaliya 665
Məşhur qapıçıdan maraqlı qərar: Daha 4-5 il…

Futbolçu karyerasını başladığı “Parma”ya geri dönən Canluici Buffon açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı qapıçı 4-5 il də futbol oynaya biləcəyini deyib:

“Parma” ilə ilk oyunuma çıxdığımdan bəri 21 il keçib. Bu, təxminən 9 min gün deməkdir. Bir idmançı, qapıçı, özəl insan olduğumu sübut etmək arzum davam edir. Buna görə də, oynamağa davam etmək istəyirəm.

Qarşıdakı 4-5 ildə də yaxşı işlər görə bilərəm. Fiziki olaraq özümü çox yaxşı hiss edirəm. Həm də, çoxlu təcrübə qazanmışam”.

Buffon karyerası ərzində “Parma”dan başqa, “Yuventus” və PSJ kimi klublarda da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu