Gələcəyi necə olacaq? – “Yuve”dən cavab gözləyirlər

15 İyul 2021 12:20 İtaliya 494
Gələcəyi necə olacaq? – “Yuve”dən cavab gözləyirlər

İtaliya yığmasının futbolçusu Corco Kellinin karyerasını hansı klubda davam etdirəcəyi hələ də bəlli deyil.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi iyunun 30-da başa çatıb.

Müdafiəçinin agenti İtaliya mətbuatına bildirib ki, “Yuventus”dan cavab gözləyirlər:

“Müqaviləni bağlamaq üçün iki tərəf olmalıdır. Çempionat başa çatan kimi Kellini yığmanın düşərgəsinə yollandı.

Hesab edirəm ki, “Yuventus”la bağlı problem olmayacaq. Biz razılaşmışdıq ki, yayın ortalarında görüşək. Amma hələ ki, danışıqlar stolu arxasında oturmamışıq?

Başqa klublardan təklif olsa qərarımızı necə olacaq? Bunun üçün təklif olmalıdır axı. Bu günə qədər belə təklif almamışıq. “Yuventus”un bizimlə danışıqların vaxtını müəyyənləşdirməsini gözləyirik.

O, uzun müddət “Yuve”nin simvolu olub. Biz klubdan cavab gözləyirik. Onu da deyim ki, Kellini İtaliya yığmasında azad agent olan yeganə futbolçudur”.

Digər Xəbərlər
Xəbər Lenti