"Mən nə birinciyəm, nə də sonuncu" – Hakan Çalhanoğlu

15 İyul 2021 12:00 İtaliya 1 098
"Mən nə birinciyəm, nə də sonuncu" – Hakan Çalhanoğlu

“Milan”ı “İnter”ə dəyişən Hakan Çalhanoğlu keçid ətrafında gedən müzakirələrə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Türkiyə yığmasının futbolçusu “İnter”ə azad agent kimi keçib.

O, klubla 3 illik müqavilə bağlayıb. Hakan “tvitter”də belə yazıb:

“Milan”dan “İnter”ə keçid? Fanatlar bunun ətrafında ajiotaj yaradırlar ki, bu da normaldır. Amma mən nə birinciyəm, nə də sonuncu. İndiyə qədər “Milan”dan “İnter”ə xeyli futbolçu keçib.

Mən, sadəcə, “Milan”ın gələcəyinə böyük hörmətlə yanaşıram. Bu 4 ildə klub üçün çox şey etdim, hər kəsə hörmətlə yanaşdım. İndi isə “İnter”lə yeni macəralarım olacaq. Bunu böyük səbirsizliklə gözləyirəm.

Pioli yeganə şəxs idi ki, mənim “Milan”da qalmağımı israrla istəyirdi. Ancaq o da qərarıma hörmətlə yanaşdı və mənə uğur arzuladı”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"