Çempion “İnstagram” hesabında paylaşım etdi - VİDALAŞDI

14 İyul 2021 21:40 İtaliya 435
Çempion “İnstagram” hesabında paylaşım etdi - VİDALAŞDI

İtaliya millisinin qapıçısı Canluici Donnarumma “Milan” ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı kiper bununla bağlı “instagram” hesabında paylaşım edib.

Donnarumma “Milan”la müddəti bitən müqaviləsini yeniləməyib.

İtalyan futbolçunun yaxın zamanda Fransanın PSJ klubu ilə rəsmi sözləşmə imzalayacağı gözlənilir.

Donnarumma “Milan” klubunun yetirməsidir.

Qapıçı İtaliya yığması ilə AÇ-2020-nin qalibi olub. O, həm də turnirin ən yaxşı futbolçusu mükafatını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti