"Heç kim mənə heç nə demədi, heç kim məni çağırmadı" - ŞİKAYƏT

14 İyul 2021 10:20 İtaliya 832
"Heç kim mənə heç nə demədi, heç kim məni çağırmadı" - ŞİKAYƏT

“Fiorentina” ilə yollarını ayıran və hazırda azad agent olan Frank Riberi açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Riberi, A Seriyası klubundan ayrılığı ilə bağlı danışıb:

“Fiorentina”da daha bir il qalmaq istəyirdim, ancaq alınmadı. Hər zaman formasını geyindiyim komandalar üçün əlimdən gələni etməyə çalışmışam.

Florensiyada qalmaq istəyirdim, amma vəziyyət fərqli idi. Heç vaxt oynadığım klubu tənqid etmirəm. “Fiorentina” ilə bağlı yaxşı xatirələrim var.

A Seriyasında qalmaq istərdim. İndi necə olacağını bilmirəm. Gələcəyim haqda bir fikrim yoxdur. Ayrılıq mənim üçün asan olmadı.

Bütün gücümü komandaya vermişdim. “Fiorentina”dan heç kim mənə heç nə demədi, heç kim məni çağırmadı. Daha çox hörmət gözləyirdim. Nə edək, həyatdır”.

Riberinin “Fiorentina” ilə müddəti bitən müqaviləsi yenilənməyib. İtaliya mətbuatının xəbərinə görə, tərəflər arasında maliyyə şərtlərində razılıq əldə edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı