Millimizin çalışdırıcısından soruşdular: “Bunun sirri nədə idi?“

13 İyul 2021 11:20 İtaliya 619
Millimizin çalışdırıcısından soruşdular: “Bunun sirri nədə idi?“

“Mançininin İtaliyasının sirri nədə idi? Həqiqətən də, gözəl kollektivdir”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya millisinin Avropa çempionu olması barədə danışarkən deyib.

“Rai 1” radiosuna danışan italiyalı mütəxəssis həmyerlilərinin AVRO-2020-nin finalında İngiltərəni məğlub etmələrini dəyərləndirib:

“İtaliya millisinin sirri komanda işi, Roberto Mançini və federasiyanın ciddiliyi idi. Hər şeydən əvvəl yığmada heç bir problemin olmadığı sağlam bir mühit formalaşıb. Hamı qərarlıdır, işlərində və hədəfdə birlikləri var”.

Londondakı “Uembli” stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan AVRO-2020-nin final matçında İtaliya İngiltərəni penaltilər seriyası ilə üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti