İlham Əliyev İtaliya prezidentini qələbə münasibətilə təbrik etdi

12 İyul 2021 16:20 İtaliya 1 051
İlham Əliyev İtaliya prezidentini qələbə münasibətilə təbrik etdi

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Futbol üzrə İtaliya milli yığma komandasının Avropa çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün dost İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Avropa birinciliyinin bütün oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq, yenilməz iradə nümayiş etdirmiş və öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış İtaliya futbolçularına ən səmimi təbriklərimizi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu əlamətdar anlarda sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqına daim rifah və əmin-amanlıq diləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!