“Bu komandanın ehtiyat oyunçular skamyası Avropa çempionu ola bilər"

10 İyul 2021 21:40 İtaliya 980
“Bu komandanın ehtiyat oyunçular skamyası Avropa çempionu ola bilər"

İtaliya milli komandasının kapitanı Corcio Kyellini Avropa çempionatında İngiltərə ilə oynayacaqları final matçı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı müdafiəçi İngiltərəni məğlub etməyin çətin olacağını bildirib:

"Onlar baxımlı oyun oynamasalar da, məğlub etmək çətin olacaq. Avropa çempionatı başlamamış İngiltərənin favorit olduğunu düşünürdüm.

Dünya çempionatında yarımfinal oynayıblar. İngiltərənin Avropa çempionatında finala yüksələcəyini təxmin etmək olardı. Çünki 7 matçın 6-nı evlərində oynadılar".

"Yuventusun"un futbolçusu İngiltərənin güclü heyətinin olduğunu qeyd edib: "Harri Keyn hər zaman çox sevdiyim futbolçu olub.

Amma İngiltərə sadəcə Keyndən ibarət deyil. Cinahlardan hücum edən mükəmməl oyunçuları var. Sadəcə, ehtiyat oyunçular skamyası Avropa çempionu ola bilər.

Cek Qreliş, Ceydon Sanço, Markus Reşford, Lakvert Lyuin və Fil Foden kimi oyunçular var. Heç kəsin qorxmadığı və iki komandanın da bir-birinə hörmətlə yanaşacağı bir futbol matçı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti