“Kyevo”ya B seriyasında iştirak üçün lisenziya verilməyib.
Sportinfo.az xəbər verir ki, hər bir klubun maliyyə təminatı olmalıdır.
“Kyevo”nun maliyyə durumunu araşdıran “Co.Vi.So.C” bununla bağlı mənfi rəy verib.
Bunu nəzərə alaraq, onları yeni mövsümün iştirakçıları arasından çıxarıblar. Bununla razılaşmayan klub rəhbərliyi dərhal apellyasiya şikayət verib.
“Kyevo” ötən mövsüm B seriyasında 56 xal toplayaraq 8-ci yeri tutmuşdu.

