“İspaniya sərt futbol oynadı. Onlar yaxşı çıxış etdilər. Biz isə istədiyimiz oyunu göstərə bilmədik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini deyib.
O, Avro-2020-nin yarımfinal mərhələsində İspaniyanı penaltilərlə məğlub etdikləri oyundan danışıb. Təcrübəli mütəxəssis ispan həmkarı Luis Enrikenin dəyişikliklərlə ona problem yaratdığını açıqlayıb:
“Sona qədər mübarizə apardıq. İspanlar dəyişikliklərlə bizə problemlər yaratdılar. Çox risk etmədik və düzgün oynadıq. İspaniya daha çox topa sahib oldu və bu bizə çətin anlar yaşatdı.
Mübarizədən düşmədik və qalib gəldik. Bütün komandalar müdafiə olunur, təkcə İtaliya yox. Həm hücum etməli, həm də arxa xətdə düzgün oynamalıyıq. Bunu da bacardıq”.
İtaliyanın finaldakı rəqibi bu gün baş tutacaq Danimarka – İngiltərə oyunundan sonra bəlli olacaq.

