“Ronaldo üçün təklif almamışıq" - “Yuventus”un futbol direktoru

4 İyul 2021 18:40 İtaliya 396
“Ronaldo üçün təklif almamışıq" - “Yuventus”un futbol direktoru

“Yuventus”un futbol direktoru Federiko Çerubini komandadan ayrılacağı iddia olunan Kriştiano Ronaldo haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Yuve” rəsmisi Ronaldo üçün hansısa bir klubdan təklif almadıqlarını deyib:

“Ronaldo üçün təklif almamışıq. Ondan bu yay komandadan ayrılacağı ilə bağlı bir siqnal da almamışıq.

Yeni mövsümün hazırlıqlarına başlayanda Ronaldonun bizimlə olmasından məmnun olacağıq”.

Ronaldonun “Yuventus”dan ayrılacağı və karyerasını “Mançester Yunayted”də davam etdirəcəyi iddia olunur.

35 yaşılı hücumçunun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"