Yelizavetanın sevdiyi

4 İyul 2021 13:40 İtaliya 573
Yelizavetanın sevdiyi

Rusiyalı fiqurlu konkisürən Yelizaveta Tuxtamışevanın AVRO-2020-də azarkeşlik etdiyi komanda bəlli olub.

Sportinfo.az xəbər verir ki, dünya və Avropa çempionu sosial şəbəkədə sualları cavablandırarkən fanatı olduğu komandanı açıqlayıb.

Təkcə uğurları deyil, həm də gözəlliyi ilə özündən söz etdirən rusiyalı “AVRO-2020-də kimə azarkeşlik edirsiz” sualına emoji ilə cavab verib.

Yelizaveta İtaliya bayrağının emojisini göndərib.

İtaliya millisi dünən Belçikaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti