"Yuventus"da olan təyinata Azərbaycandan şərh verdi

4 İyul 2021 09:20 İtaliya 1 185
"Yuventus"da olan təyinata Azərbaycandan şərh verdi

Bir müddət əvvəl "Yuventus"u n yeni baş məşqçisi müəyyənləşib.

Turin təmsilçisi Massimiliano Alleqriyə tapşırılıb.

2 ildən sonra sabiq komandasına qayıdan italiyalı mütəxəssis bu vəzifədə Andrea Pirlonu əvəzləyib.

Müqavilə müddəti açıqlanmasa da, yerli mətbuat Alleqrinin "qoca sinyora" ilə 2025-ci ilin yayınadək sözləşmə imzaladığını yazıb.

Massimiliano Alleqri daha əvvəl 2014 -2019-cu illərdə "Yuventus"a başçılıq edib. Mütəxəssis bu komanda ilə 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.

Sportinfo.az xəbər verir ki, millimizin çalışdırıcısı Canni De Byazi həmkarının “Yuventus"a qayıdışını şərh edib:

"Alleqri yenə də yaxşı nəticə göstərəcək. Çünki oyunçularla münasibəti yaxşıdır və taktiki cəhətdən çevikdir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"