“Daha az səhv edən komanda qalib olacaq”

2 İyul 2021 18:50 İtaliya 424
“Daha az səhv edən komanda qalib olacaq”

İtaliyanın baş məşqçisi Roberto Mançini AÇ-2020-nin 1/4 final mərhələsində Belçika yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Mançini oyunun çətin keçəcəyini deyib:

“Belçikaya qarşı öz oyunumuzu oynayacağıq. Rəqibimizin nə qədər yaxşı komanda olduğunu bilirik.

Belçika millisi dünyanın ən yaxşı komandalarından biridir. Ancaq turnirdə gördük ki, hər oyun çətin keçir və rahat qazanılan oyun yoxdur.

Güclü bir komanda ilə qarşılaşacağıq. Necə olacağını görəcəyik. Oyun istədiyimiz kimi getməsə, planlarımızda dəyişiklik edə bilərik.

Yaxşı bir oyun bizi gözləyir, buna şübhəm yoxdur. Daha az səhv edən komanda qalib olacaq”.

Bu gün keçiriləcək Belçika – İtaliya matçı saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti