İbrahimoviç özü haqda çəkilən filmi təqdim etdi - VİDEO

29 İyun 2021 00:00 İtaliya 848
İbrahimoviç özü haqda çəkilən filmi təqdim etdi - VİDEO

"Milan"ın ulduzu Zlatan İbrahimoviç özü barədə filmin treylerini təqdim edib.

Sportinfo.az xəbər verir ki, "Mən Zlatanam" adlı əsər sentyabrda efirə çıxacaq.

Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.

Zlatan İbrahimoviç İsveç "Malmö"sünün (1999 - 2001) yetirməsidir. O, daha sonra Niderlandın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" komandalarında oynayıb.

2001 - 2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm "Milan"a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AVRO-2020-ni buraxmalı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti