“1/4 finalda rəqibin kim olacağı fərq etmir” – Donnarumma

27 İyun 2021 16:50 İtaliya 721
“1/4 finalda rəqibin kim olacağı fərq etmir” – Donnarumma

İtaliya milli komandasının qapıçısı Canluici Donnarumma AÇ-2020-nin 1/8 final mərhələsində Avstriyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Donnarumma 2:1 hesabıyla qələbə qazanaraq, 1/4 finala yüksəldikləri matçı belə şərh edib:

“Oyunun asan keçəcəyini gözləmirdik. Sonunda qapımızda qol gördük, ancaq yəqin ki, bu, bizim yenidən seriyaya başlamağımız üçün motivasiya olacaq.

Futbol oynamağa davam edəcəyik. 1/4 finalda rəqibin kim olacağı fərq etmir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti