Avropa çempionatında 1/8 final mərhələsinin ikinci oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya milliləri üz-üzə gəlib.
Yerli referi Entoni Teylorun idarə etdiyi qarşılaşmanın əsas vaxtı qolsuz yekunlaşıb.
Birinci əlavə vaxtda İtaliya yığması Frederiko Kyezanın 95-ci və Matteo Pessinanın 105-ci dəqiqədə vurduğu qollarla önə keçib. Avstriya millisi bu qollardan birinin əvəzini çıxa bilib. 114-cü dəqiqədə Saşa Kalayciç təsəlli qolunu vurub.
Beləliklə, İtaliya yığması 1/4 finala yüksəlib. Bu komanda növbəti mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
İlk 1/4 finalçı Uelsi 4:0 hesabı ilə yenən Danimarka olub.

