"Roberto Mançini əla kollektiv formalaşdırıb”.
Sportinfo.az xəbər verir ki, bu fikri millimizin baş məşqçisi Canni De Byazi səsləndirib.
İtaliyanın AVRO-2020-ün qrup mərhələsindəki çıxısını dəyərləndirən 65 yaşlı mütəxəssis yığmanın heyətində Lorentso İnsinye və Çiro İmmobileni fərqləndirib:
“Amma fərqlilikdən danışanda ilk növbədə, hücumameylli futbolçular ön plana keçir. İnsinye və İmmobile öz oyun dəst-xətti ilə seçilsələr də, digərlərini də unutmaq olmaz".

