“Ronaldo, yəqin ki, əvəzlənəndə sevindi” – Pirlo söylədi

16 May 2021 22:00 İtaliya 2 378
“Ronaldo, yəqin ki, əvəzlənəndə sevindi” – Pirlo söylədi

“Yuventus”un baş məşqçisi Andrea Pirlo İtaliya A Seriyasının 37-ci turunda “İnter”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Pirlo 3:2 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:

“Hər oyunda mübarizə aparmaq üçün qətiyyətli və istəkli olmaq lazımdır. Kağız üzərində asan görünən oyunlarda çox səhvlər etdik. Bunlar olmasaydı, indi başqa cür olardı. Bu qədər xal itirməməli idik.

Kriştiano Ronaldo yəqin ki, əvəzlənəndə sevindi. Çünki azlıqda idik və onun üçün sona qədər oynamaq çətin olardı. O, paltardəyişmə otağında gülümsəyirdi, çox xoşbəxt idi”.

“İnter” A Seriyasında çempionluğunu rəsmiləşdirib. “Yuventus” 75 xalla 4-cü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti