“Geridə qalan müddət ərzində həm reytinqlərini, həm də titullarını artırıblar”

6 Sentyabr 07:10 Şahmat 1 649
“Geridə qalan müddət ərzində həm reytinqlərini, həm də titullarını artırıblar”

Son dövrlərdə Azərbaycanın bir neçə şahmatçısı reytinq və titulunu artırıb.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Quba Open 2026 - II Beynəlxalq Şahmat Festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycanın üç şahmatçısı beynəlxalq usta və qrossmeyster normalarını yerinə yetiriblər:

"Azərbaycan Şahmat Federasiyasının "Azərbaycan Şahmat Turu" layihəsinin növbəti mərhələsi başlayıb. Bu çərçivədə Quba Open 2026 - II Beynəlxalq Şahmat Festivalına start verilib.

Festival mərhum beynəlxalq hakimimiz Qüdrət İsmayılovun xatirəsinə həsr olunub. Biz Azərbaycan şahmat məktəbinin inkişafına və şahmatçılarımızın uğurlarına çox sevinirik.

Geridə qalan müddət ərzində şahmatçılarımız həm reytinqlərini, həm də titullarını artırıblar. Bu günlərdə şahmatçılarmız Paşam Əlizadə beynəlxalq usta, Xəzər Babazadə və Xaqan Əhməd isə qrossmeyster normasına yerinə yetiriblər.

Ümidvaram ki, Özbəkistanda keçiriləcək Dünya Şahmat Olimpiadası Azərbaycan təmsilçiləri üçün uğurlu olacaq".

Qeyd edək ki, turnirdə 10 ölkəni təmsil edən 300-dən artıq iştirakçı mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu