"Vugar Gashimov Open 2026" beynəlxalq turnirinin qalibləri məlum oldu

05:00 Şahmat 98
"Vugar Gashimov Open 2026" beynəlxalq turnirinin qalibləri məlum oldu

"Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Vugar Gashimov Open 2026" beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Sportinfo.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, A qrupunda 7,5 xal toplayan Tunar Davudov yarışın qalibi adını qazanıb.

Eyni xala malik Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Hesabında 7 xal olan Vüqar Manafov üçüncü pillədə qərarlaşıb.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rapiddə Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birinci olub.

Turnirin bağlanış mərasimində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim edilib.

Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti yarış sentyabrın 3-10-u aralığında keçiriləcək "Guba Open" olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 09:40 Bəlkə də…