Türkiyə, İran, Hindistan və Macarıstandan - "Lankaran Open 2026" başladı

04:40 Şahmat 53
Türkiyə, İran, Hindistan və Macarıstandan -  "Lankaran Open 2026" başladı

"Azərbaycan Şahmat Turu" çərçivəsində "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib.

Sportinfo.az-ın Azərbaycan Şahmat Federasiyasına (AŞF) istinadən məlumatına görə, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur.

"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

AŞF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan turnir reytinqə uyğun olaraq A və B qrupu olmaqla iki kateqoriyada təşkil edilir.

Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.

200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın mükafat fondu 22 650 manatdır. Turnirin baş hakimi Şaiq Quliyevdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!