Onun qardaşı vitse-prezidenti vəzifəsinə seçildi - FOTO

08:40 Şahmat 167
Onun qardaşı vitse-prezidenti vəzifəsinə seçildi - FOTO

Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti vəzifəsinə seçilib.

Sportinfo.az xəbər verir ki, Rumıniyada keçirilən seçkidə təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə yenidən prezident seçilib.

Prezident seçkisindən sonra vitse-prezident vəzifələri üzrə səsvermə keçirilib.

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq bu vəzifəyə layiq görülüb. Ümumilikdə qurumda üç vitse-prezident fəaliyyət göstərəcək.

Seçkidə Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov da qonaq qismində iştirak edib.

Sərxan Həşimov mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti