"Shamakhi Open 2026" Festivalının qalibləri müəyyənləşdi

04:50 Şahmat 881
"Shamakhi Open 2026" Festivalının qalibləri müəyyənləşdi

"Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Qrupunda 9 oyundan 8 xal toplayan Əhməd Əhmədzadə birinci yeri tutub. Hərəyə 7 xalı olan Vüqar Manafovla Xəzər Babazadə 2-3-cü yerləri bölüşdürüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.

Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5 000 manat qazanıb.

Turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. "Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti yarış "Vugar Gashimov Open" olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti