Məmmədovun bu il əsas hədəfi nədən ibarətdir? - AÇIQLADI

03:40 Şahmat 47
Məmmədovun bu il əsas hədəfi nədən ibarətdir? - AÇIQLADI

Əlireza Firuzcanın çıxış etdiyi turnirdə qalib olmaq Azərbaycan şahmatçısı Rauf Məmmədov üçün sevindirici haldır.

38 yaşlı qrossmeyster bunu "Report"a açıqlamasında bildirib.

O, Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş "Balkan Cup"da birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Burada 30-a yaxın ölkədən şahmatçılar iştirak edirdilər. 200-dən çox iştirakçı var idi.

Ən əsas olan bu yarışda rapid üzrə dünyanın 2-ci nömrəsi Əlireza Firuzca oynayırdı. Mənim üçün elit şahmatçının çıxış etdiyi yarışda qalib olmaq sevincidirici haldır".

R.Məmmədov bu il əsas hədəflərinin Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında yaxşı nəticə qazanmaq olduğunu söyləyib.

Rauf Məmmədov Sofiyadakı yarışda rapid turnirinin qalibi olub. O, blits yarışında isə üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti