“Yuventus”da Pirloya əvəzləyici tapıldı

1 May 2021 10:20 İtaliya 631
“Yuventus”da Pirloya əvəzləyici tapıldı

Massimiliano Alleqri yenidən “Yuventus”u çalışdıra bilər.

Sportinffo.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Andrea Pirlonun işindən razı deyil və mövsümün sonunda onunla yolları ayıra bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus” rəhbərliyi Pirlonun əvəzinə bu posta Alleqrini gətirmək istəyir. 53 yaşlı mütəxəssislə yayda danışıqlar aparılacaq.

Alleqri 2014-2019-cu illər aralığında “Yuventus”u çalışdırıb. İtalyan mütəxəssis 2019-cu ilin yayından işsizdir.

“Yuventus” hazırda A Seriyasında 4-cü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti