Komanda ÇL-ə vəsiqə qazana bilməsə, o, trasnferə çıxarılacaq

30 Aprel 2021 00:14 İtaliya 555
Komanda ÇL-ə vəsiqə qazana bilməsə, o, trasnferə çıxarılacaq

“Yuventus”un hücumçusu Paulo Dibalanın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xəbər verir ki, Turin klubu argentinalı futbolçu ilə hələlik razılığa gələ bilməyib.

Xəbərdə bildirilib ki, Dibalanın komandada qalıb-qalmayacağı “Yuventus”un Çempionlar Liqasına vəsiqə qazanmağından asılı olacaq.

Komanda ÇL-ə vəsiqə qazana bilməsə, Dibala trasnferə çıxarılacaq. Dibala bu mövsüm A seriyasında 16 oyuna 3 qol vurub, 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti