Premyer Liqaya qayıdan klubu 35 yaşlı müdafiəçi ilə maraqlanır

26 Aprel 2021 15:20 İtaliya 473
Premyer Liqaya qayıdan klubu 35 yaşlı müdafiəçi ilə maraqlanır

"İnter"in cinah müdafiəçisi Eşli Yanq karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Premyer Liqaya vəsiqəni təmin edən "Uotford" 35 yaşlı futbolçu ilə maraqlanır.

Mövsümün sonunda Milan təmsilçisi ilə müqaviləsi başa çatacaq təcrübəli futbolçu yetirməsi olduğu kluba qayıtmaq fikrindədir.

İngiltərə millisinin keçmiş üzvü bu mövsüm keçirdiyi 31 oyunda 3 məhsuldar ötürmə edib. "Uotford"un yetirməsi İngiltərədə "Aston Villa" və "Mançester Yunayted"də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti