Paytaxt klubunda Sarri səsləri - Meneceri ilə iki dəfə görüşdülər

3 Aprel 2021 18:40 İtaliya 684
Paytaxt klubunda Sarri səsləri - Meneceri ilə iki dəfə görüşdülər

“Yuventus”un sabiq baş məşqçisi Mauritsio Sarri yenidən A Seriyasında çalışa bilər.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis “Roma”da baş məşqçi Paulo Fonsekanın yerinə əsas namizədlərdəndir.

Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Xəbərdə, “Roma” nümayəndələrinin Sarrinin meneceri ilə iki dəfə görüşdüyü bildirilib.

“Roma” mövsümün sonunda Fonseka ilə yollarını ayıracaq. Komanda A Seriyasında 6-cı sıradadır.

Sarri daha əvvəl İtaliyada “Yuventus”, “Napoli”, İngiltərədə isə “Çelsi”ni çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!